"Sabah" - "Şamaxı": bu futbolçular meydana çıxmayacaq

10:18 - 9 May 2025

Misli Premyer Liqasının 34-cü turunda qarşılaşacaq "Sabah" və "Şamaxı" komandaları görüşə itkilərlə çıxacaq.

Sportal.az xəbər verir ki, "Sabah"ın baş məşqçisi Vasili Berezutski üç futbolçunun xidmətindən istifadə edə bilməyəcək. Coy-Lens Mikkels, Kahim Parris və Amin Seydiyev bu görüşdə iştirak etməyəcək.

“Şamaxı”nın heyətində isə bu görüşdə Vasiliye Radenoviç və böyük ehtimalla mövsümü erkən başa vuran Rafael Məhərrəmli iştirak etməyəcək.

Qeyd edək ki, “Sabah” – “Şamaxı” matçı "Bank Respublika Arena” stadionunda keçiriləcək və görüşə saat 19:00-da start veriləcək.

Xəbər xətti