Futbol Yazarları Assosiasiyasının (FWA) versiyasına əsasən İngiltərədə 2024/2025 mövsümünün ən yaxşı futbolçusu bəlli olub.
Sportal.az xəbər verir ki, "Liverpul"un misirli futbolçusu Məhəmməd Salah mövsümün ən yaxşısı seçilib. Bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Salah üçüncü dəfə mötəbər mükafata layiq görülür. 32 yaşlı vinger daha əvvəl 2017/2018 və 2021/2022 mövsümündə mövsümün oyunçusu seçilmişdi.
Ulduz futbolçu 90 faiz səs toplayıb. O, komanda yoldaşı Vircil van Deyki qabaqlayıb.
Qeyd edək ki, Məhəmməd Salah bu mövsüm "Liverpul"un heyətində bütün turnirlərdə meydana çıxdığı 49 rəsmi matçda 33 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi