"Əl-Hilal"dan portuqaliyalı futbolçuya 75 milyon avro maaş

15:35 - 7 May 2025

"Liverpul"dan Məhəmməd Salahı heyətinə qata bilməyən "Əl-Hilal" başqa bir ulduz futbolçunu transfer etmək istəyir.

Sportal.az xəbər verir ki,Səudiyyə Ərəbistanı klubu "Mançester Yunayted"in kapitanı Bruno Fernandeşi transfer etməyə çalışır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

"Ə-Hilal" portuqaliyalı yarımmüdafiəçisi üçün "Mançester Yunayted"ə yüksək məbləğdə təzminat ödəməyə hazırdır. Ərəblər 30 yaşlı futbolçunun özünə isə illik 75 milyon avro maaş təklif edəcək.

Qeyd edək ki,"Mançester Yunayted" Bruno Fernandeşi 2020-ci ilin yanvar ayında Lissabon "Spotinq"indən transfer edib. Portuqaliya millisinin üzvü bu mövsüm "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 52 rəsmi matçda 19 qol və 18 məhsuldar ötürnə ilə yadda qalıb.

Xəbər xətti