Almaniya mətbuatı Mahirin "Nürnberq"dən ayrılığı haqda: Xeyli çox pul qazanmaq istəyirdi

10:49 - 7 May 2025

Almaniya mətbuatı Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin mövsümün sonunda “Nürnberq”dən ayrılması ilə bağlı yazı dərc edib.

Sportal.az “Bild”ə istinadən xəbər verir ki, almanlar Mahirin "Nürnberq"dən daha çox pul istədiyini yazıb: 

"Son vaxtlar Emreli ilə klub arasında hələ də müsbət əlaqələrin olduğu görünürdü. Son həftələrdəki effektiv çıxışlardan və dörd qoldan sonra azərbaycanlının yeni müqavilə imzalaması artıq qeyri-mümkün görünmürdü. Futbolçu ilə klub rəhbərləri arasında müvafiq müzakirələr aparılıb. Amma heç bir razılıq əldə olunmayıb.

Yəqin həm də ona görə ki, Emreli əvvəlkindən xeyli çox pul qazanmaq istəyirdi. Azərbaycan millisinin futbolçusu yayda kiçik zədə ilə Nürnberqə köçüb və bu səbəbdən klub da nisbətən az xərc çəkmişdi. İndi hücumçu danışıqlarda özünü daha sərfəli mövqedə görürdü və Bundesliqa klubunda özünə yer tapmağa üstünlük verib".

Qeyd edək ki, Mahir Emreli mövsümün əvvəlində "Dinamo"dan(Zaqreb) "Nürnberq"ə keçib.

Xəbər xətti