Azərbaycanlı idmançının növbəti döyüşünün vaxtı açıqlandı

12:18 - 6 May 2025

Azərbaycanın MMA döyüşçüsü Vüqar Kərəmov "Rizin" turnirində  növbəti döyüşünü keçirəcək.

Sportal.az xəbər verir ki, "Qəbələ" İdman Klubunun üzvü Yaponiya təmsilçisi Syuya Kimura ilə qarşılaşacaq.

Döyüş iyunun 14-də Yaponiyanın Sapporo şəhərində baş tutacaq. Təmsilçimiz qalib gələcəyi təqdirdə kəmər uğrunda döyüşmək hüququ qazanacaq.

Qeyd edək ki, Kərəmov "Rizin" çərçivəsində keçirdiyi 9 döyüşün 6-da qələbə qazanıb.

İdmançımızın ümumilikdə aktivində 26 qarşılaşmada 20 qalibiyyət var.

Xəbər xətti