Albaniyanın "Eqnatiya" klubunun formasını geyinən Zamiq Əliyev Sportal.az saytına açıqlama verib.
O, komandasının çempionluq şanslarından bəhs edib: "Təbii ki, hamımız çempionluğa fokuslanmışıq. İnanrıam ki, çempionluğu qazanacağıq. Çünki güclü komandayıq. Liqada yaxşı rəqabət var. Ötən mövsüm də birinci olduq. Bu sezon da onu istəyirik".
Albaniyada legioner həyatı yaşayan Əliyev yeni mövsümdən Misli Premyer Liqasında legioner limitinin tətbiq olunmamasına münasibət bildirib:
"Məncə, bu qərarın azərbaycanlı futbolçuların gələcək sezonlarda xaricdə oynamasına heç bir təsiri və əlaqəsi yoxdur. Legioner limiti olmayacağı təqdirdə, hamının ölkə xaricinə gedəcəyi fikri haradan formalaşıb, heç bilmirəm. Sanki Avropada hamı bizim futbolçuları gözləyir, amma onlar getmək istəmir. Belə anlayış, fikir necə ortaya çıxır axı? Anlamıram. Şəxsən mənim tanıdığım bir neçə futbolçu var, onlar xaricdə oynamaq istəyir. Özü də, istər Albaniyada, istərsə də digər ölkələrdə oynayacaq gücdədirlər. Sadəcə bizdə o futbolçuları ölkə xaricinə çıxaracaq menecerlər yoxdur. Əksəriyyəti öz cibini və daha çox pul qazanmağı üstün tutur. Əsasən də, bir çox lazımsız legionerləri ölkəmizə gətirərək, onlardan yaxşı pul qazanırlar. Belə olan halda, onlara yerli futbolçuları ölkə xaricinə çıxarıb, az pul qazanmaq maraqlı olmur. Bu fikirlərim hamıya aid deyil. Ancaq bizim menecerlərin bir çoxu bizim menecerlərlə işləməyən futbolçularımıza böyük zərər vururlar. Futbolun içində olanlar nə dediyimi yaxşı başa düşəcək. Geniş mövzduru. Saatlarla sübutlarla danışmaq olar. Ancaq danışmaqla da heç nə dəyişməyəcək. Allah qoysa, ölkə xaricində oynayan futbolçularımızın sayı çox olar".
Mirbağırağa
saytlarin hazirlanmasi