Vaqif Cavadov: "Növbəti mövsümdə daha yuxarı pillələrdə olmağa çalışacağıq"

20:23 - 4 May 2025

"Sumqayıt" Misli Premyer Liqasının 33-cü turu çərçivəsində səfərdə "Qarabağ"a 0:2 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Vaqif Cavadov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- "Qarabağ"ı növbəti çempionluq münasibətilə təbrik edirəm. Çox yaxşı komandaya qarşı oynayırdıq. Bizə qarşı əsas heyətlə çıxış etdilər. İnanıram ki, komandam növbəti mövsümdə daha yaxşı olacaq.

- Bu cür təslimçi əhval-ruhiyyədə oyuna çıxmaq nə dərəcədə doğrudur?

- Kim dedi ki, təslim olmuşduq? Belə bir şey yox idi.

- Düşünürsüz ki, "Sumqayıt"da qalmağa layiq məşqçisiz?

- Komandanı çətin durumda götürdük. Gənc məşqçiyəm. Bu mövsüm ola bilər ki, nələrsə alınmadı. İstənilən nəticəni əldə etməmişik. Növbəti mövsümdə daha yuxarı pillələrdə olmağa çalışacağıq.

Elçin Əlixan

Xəbər xətti