"Mançester Siti" İngiltərə millisinin üzvünü transfer etmək istəyir

18:12 - 4 May 2025

"Mançester Siti" hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Premyer Liqa nəhənginin əsas hədəflərindən biri "Nottingem Forest"də çıxış edən Morqan Gibbs-Uaytı transfer etmək istəyir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Mançester Siti" ingiltərəli hücumameyilli yarımmüdafiəçi ilə şəxsi şərtləri razılaşdırıb. "Şəhərlilər" 25 yaşlı oyunçunun klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, "Nottingem Forest" Morqan Gibb-Uaytı 2022-ci ilin avqust ayında "Vulverhempton"dan transfer edib. İngiltərə millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 34 rəsmi matçda 5 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti