"Kəpəz" rəhbərliyi Azərbaycan çempionu olmuş idmançı ilə görüşdü- FOTO

13:42 - 5 May 2025

"Kəpəz"in akademiyasının yetirməsi, bu günlərdə 15 yaşadək güləşçilər arasında Azərbaycan çempionu olan Mədinə Kərimova ilə görüş keçirilib.

Sportal.az xəbər verir ki, klubun icraçı direktoru Cabir İbrahimov onu kollektiv adından təbrik edərək həm xalça, həm də yaşıl meydanlarda olacaq növbəti yarışlarda uğurlar arzulayıb. Gəncəmizi və klubu layiqincə təmsil etdiyinə görə Mədinəyə fəxri fərman təqdim olunub. İdman geyim dəsti hədiyyə edilib.

Kərimova "Kəpəz"in U-13 qızlar komandasının üzvüdür.


Xəbər xətti