"Arsenal" və "Aston Villa" serbiyalı hücumçu üçün mübarizə aparır

14:02 - 5 May 2025

"Yuventus"un hücumçusu Duşan Vlahoviç karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki, "Arsenal" və "Aston Villa" serbiyalı futbolçunu transfer etmək istəyir. Bu barədə"Fichajes" nəşri məlumat yayıb.

"Yuventus" Vlahoviçi yayda satmağı planlaşdırır. İtaliya klubu 25 yaşlı forvard üçün 50 milyon avro tələb edir.

Qeyd edək ki, "Yuventus" Duşan Vlahoviçi 2022-ci ilin yanvar ayında "Fiorentina"dan transfer edib. Serbiya millisinin üzvü bu mövsüm Turin təmsilçisinin heyətində meydana çıxdığı 38 rəsmi matçda 14 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti