Ərəblərdən Mourinyoya cəlbedici təklif

14:50 - 5 May 2025

"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo Səudiyyə Ərəbistanında çalışa bilər.

Sportal.az xəbər verir ki, "Əl-İttifaq" portuqaliyalı mütəxəssisi komandanın "sükanı arxasına" gətirmək istəyir. Bu barədə "Sabah" nəşri məlumat yayıb.

Klub rəhbərliyi artıq Mourinyo ilə danışıqlara başlayıb. Ərəblər 62 yaşlı məşqçiyə 2 il üçün 50 milyon avro maaş təklif edib.

Qeyd edək ki, Joze Mourinyo mövsümün əvvəlində "Fənərbaxça"nın baş məşqçisi təyin olunub. Onun klubla müqaviləsi gələn ilin yayına kimi nəzərdə tutulub 

Xəbər xətti