Millimizin müdafiəçisi simvolik heyətdə yer aldı - FOTO

10:46 - 6 May 2025

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Nigar Mirzəliyeva Rusiya Qadınlar Liqasında 8-ci turun rəmzi komandasına daxil edilib. 

Sportal.az xəbər verir ki, bu barədə çempionatın mətbuat xidməti məlumat yayıb.

"Zenit"in formasını geyinən müdafiəçi 8-ci turda “Rubin”lə matçdan (2:0) sonra fərqləndirilib.

Onun komandası Rusiya yüksək liqasında 8 turdan sonra 17 xalla 13 komanda arasında 3-cü pillədədir. 

 

Xəbər xətti