"Real" Karlo Ançelotti ilə anlaşdı

19:50 - 5 May 2025

"Real" baş məşqçi Karlo Ançelotti ilə mövsümün sonunda yollarını ayıracaq.

Sportal.az xəbər verir ki, "kral klubu" artıq italyan mütəxəssislə razılıq əldə edib. Bu barədə "The Athletic" nəşri məlumat yayıb.

65 yaşlı məşqçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriləcək.

Ançelottinin Braziliya milli komandasını çalışdıracağı gözlənilir. "Real" isə baş məşqçi postuna hazırda "Bayer"də işləyən Xabi Alonsonu gətirməyi planlaşdırır.

Xəbər xətti