Sane agentini dəyişdi - İngiltərəyə qayıtmaq ehtimalı var

22:02 - 5 May 2025

Leroy Sanenin “Bavariya” ilə müqaviləni uzatmaq fikrindən daşındığı görünür.

Sportal.az xəbər verir ki, "Sport1"in məlumatına görə, vinger agentini dəyişib və işlərini Pini Zahaviyə həvalə edib. Bildirilir ki, bir neçə saat əvvəl "Bavariya"nın idman direktoru Maks Eberl müqavilənin uzadılması üçün sadəcə imzanın çatmadığına inanırdı.

Buna baxmayaraq, Münhen klubu təklifini yaxşılaşdırmaq niyyətində deyil. Klub hesab edir ki, Saneni saxlamaq üçün artıq əllərindən gələn hər şeyi ediblər.

Sanenin müqaviləsi bu yay başa çatır və indi onun gedişi istisna olunmur. Bildirilir ki, futbolçu özü də İngiltərəyə qayıtmağa açıqdır.

Leroyun həyat yoldaşı Kendis Bruk da onun agent dəyişikliyinə təsir edib. O, Londona böyük simpatiya bəsləyir və Lero ilə uşaqları ilə birlikdə orada yaşamaq arzusundadır.

Futbolçuya "Arsenal" və "Çelsi" maraq göstərir. Pini Zahavinin London klubları ilə əla əlaqələri var.

Xəbər xətti