"Şamaxı" xərəkdaşıyanlara görə cərimələndi

15:13 - 7 May 2025

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az xəbər verir ki, iclasda Əvəzedicilər liqasında XXXIII turun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

04.05.2025-ci il tarixində Əvəzedicilər liqasında XXXIII turun “Şamaxı-2” – “Səbail-2” oyununun matçöncəsi iclasında polis nümayəndəsi olmadığına görə “Şamaxı-2” komandası 80 manat cərimə edilsin (maddə 73.1);

04.05.2025-ci il tarixində Əvəzedicilər liqasında XXXIII turun “Şamaxı-2” – “Səbail-2” oyununda xərəkdaşıyanların say və yaş limiti pozulduğuna görə “Şamaxı-2” komandası 80 manat cərimə edilsin (maddə 74.1);

05.05.2025-ci il tarixində Əvəzedicilər liqasında XXXIII turun “Neftçi-2” – “Kəpəz-2” oyununda “Kəpəz-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Kəpəz-2” komandası 70 manat cərimə edilsin (maddə 37).

Xəbər xətti