A Seriyası klubu baş məşqçisi ilə yeni müqavilə imzaladı

20:59 - 7 May 2025

İtaliyanın "Fiorentina" klubu baş Raffaele Palladino ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisi italiyalı mütəxəssislə yola davam edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Palladino ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Raffaele Palladino mövsümün əvvəlində "Fiorentina"nın baş məşqçisi təyin olunub.

Xəbər xətti