"Karvan" kənar şəxslərə görə cərimələndi

13:34 - 7 May 2025

Bu gün İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, iclasda aşağıdakı qərarlar verilib:

01.05.2025-ci il tarixində I Liqada XXIV turun “Cəbrayıl” – “Baku Sporting” oyununun 85-ci dəqiqəsində “Cəbrayıl” klubunun 10 nömrəli futbolçusu Tapdıq Əhmədov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalansın, “Cəbrayıl” klubu 200 manat cərimə edilsin (maddə 43.1);

01.05.2025-ci il tarixində I Liqada XXIV turun “Cəbrayıl” – “Baku Sporting” oyununda xərəkdaşıyanların say limiti pozulduğuna görə “Cəbrayıl” komandası 80 manat cərimə edilsin (maddə 74.1);

01.05.2025-ci il tarixində I Liqada XXIV turun “Cəbrayıl” – “Baku Sporting” oyununda “Baku Sporting” klubunun 4 futbolçusu sarı vərəqə aldığı üçün “Baku Sporting” klubu 70 manat cərimə edilsin (maddə 37);

01.05.2025-ci il tarixində I Liqada XXIV turun “Difai” – “Mingəçevir” oyununda “Difai” klubunun 4 futbolçusu sarı vərəqə aldığı üçün “Difai” klubu 70 manat cərimə edilsin (maddə 37);

01.05.2025-ci il tarixində I Liqada XXIV turun “Difai” – “Mingəçevir” oyunu bitdikdən sonra “Difai” klubunun 17 nömrəli futbolçusu Riad Abbaszadə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalansın, “Difai” klubu 300 manat cərimə edilsin (maddə 40.3);

01.05.2025-ci il tarixində I Liqada XXIV turun “Difai” – “Mingəçevir” oyununun 61-ci dəqiqəsində “Mingəçevir” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Mingəçevir” klubu 150 manat cərimə edilsin (maddə 52.2);

01.05.2025-ci il tarixində I Liqada XXIV turun “Difai” – “Mingəçevir” oyunu bitdikdən sonra “Mingəçevir” klubunun 96 nömrəli futbolçusu Elməddin Məmmədov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalansın, “Mingəçevir” klubu 300 manat cərimə edilsin (maddə 40.3);

02.05.2025-ci il tarixində I Liqada XXIV turun “İmişli” – “Qaradağ Lökbatan” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “İmişli” klubu 80 manat cərimə edilsin (maddə 51.2);

02.05.2025-ci il tarixində I Liqada XXIV turun “Zaqatala” – MOİK oyununun 90+3-cü dəqiqəsində MOİK klubunun 19 nömrəli futbolçusu Əzəmət Ələkbərli rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, MOİK klubu 100 manat cərimə edilsin (maddə 41);

02.05.2025-ci il tarixində I Liqada XXIV turun “Karvan” – “Qəbələ” oyununun ikinci hissəsi qapı torunda problem olması səbəbindən gec başladığı üçün “Karvan” komandası 100 manat cərimə edilsin (maddə 77.1);

02.05.2025-ci il tarixində I Liqada XXIV turun “Karvan” – “Qəbələ” oyununun ilk hissəsi, ikinci hissəsi bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Karvan” klubu 80 manat cərimə edilsin (maddə 51.2);

02.05.2025-ci il tarixində I Liqada XXIV turun “Karvan” – “Qəbələ” oyununda “Karvan” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Karvan” klubu 80 manat cərimə edilsin (maddə 52.1);

02.05.2025-ci il tarixində I Liqada XXIV turun “Karvan” – “Qəbələ” oyununda “Karvan” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Karvan” klubu 150 manat cərimə edilsin (maddə 52.2);

Xəbər xətti