Millimizin üzvü oynadı, komandası səfərdə heç-heçə etdi

22:41 - 6 May 2025

Futbol üzrə Cənubi Koreya çempionatında 12-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Anton Krivotsyukun "Daejeon" səfərdə "Jeonbuk"la qarşılaşıb. Matç 1:1 hesabı ilə yekunlaşıb.

Krivotsyuk da bu görüşün iştirakçısı olub. 26 yaşlı müdafiəçi matça start heyətində başlayıb və 83-cü dəqiqədə əvəzlənib.

Xallarını 27-yə yüksəldən "Daejeon" liderliyini davam etdirir. 

Xəbər xətti