İsgəndərli 11 qolun vurulduğu matçda fərqlənməyi bacardı - VİDEO

23:58 - 4 May 2025

Türkiyə Birinci Liqasında 37-ci turun görüşləri davam edir.

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi "Boluspor" autsayder "Yeni Malatyaspor"a 10:1 hesabı ilə qalib gəlib.

Start heyətində yer alan İsgəndərli oyunu əvəz olunmadan keçirərək komandasının yeddinci qolunu vurub.

Qeyd edək ki, İsgəndərlinin klubu 58 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Xəbər xətti