"Qarabağ"ın 2025/2026 sezonunda Çempionlar Liqasına hansı mərhələdən başlayacağı dəqiqləşdi

10:17 - 8 May 2025

Çempionluğunu vaxtından əvvəl təmin etmiş “Qarabağ” 2025/2026 mövsümündə Çempionlar Liqasına birinci təsnifat mərhələsindən deyil, ikinci mərhələdən başlayacaq.

Sportal.az xəbər verir ki, bu, 2024/2025 mövsümündə Çempionlar Liqasının finalına PSJ və “İnter” klublarının yüksəlməsindən sonra mümkün olub. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv çempionlar yolunda yer alacaq və püşkatmaya səpələnməmişlər sırasından qatılacaq.

Hazırda “Qarabağ”ın 12 potensial rəqibindən heç biri müəyyənləşməyib. İkinci təsnifat mərhələsinin püşkatma mərasimi iyunun 18-də, qarşılaşmalar isə iyulun 22-23 və 29-30-da keçiriləcək.

Xəbər xətti