FIFA Braziliyanın "Botafoqo" klubuna transfer qadağası tətbiq edib.
Sportal.az xəbər verir ki, bu barədə ali futbol qurumunun mətbuat xidməti məlumat yayıb.
"Ağ-qaralar" 3 transfer pəncərəsində heyətinə yeni oyunçu cəlb edə bilməyəcək. Buna səbəb klubun 2024-cü ilin yayında "Atlanta"dan Tyaqo Almadanın transferi üçün ABŞ klubuna olan borcunu ödəməməsidir.
Qeyd edək ki, "Botafoqo" "Qarabağ"ın yarımmüdafiəçisi Pedro Bikalyonu heyətinə qatmaq istəyir.
saytlarin hazirlanmasi
