"Turan-Tovuz"un legionerinə qarşı kobudluq Amerikada ən ağır qayda pozuntuları sırasında

13:22 - 8 May 2025

Sloveniya mətbuatı bu mövsüm Cənubi Amerika və Şimali Amerika komandaları arasında keçirilən matçlarda ən ciddi və ən ağır qayda pozuntularının siyahısını hazırlayıb.

Sportal.az “Nogomania”ya istinadən xəbər verir ki, Amerika Kuboku çərçivəsində keçirilmiş ABŞ - Panama görüşündə "Turan-Tovuz"un müdafiəçisi Roderik Millerə qarşı edilmiş kobud hərəkət də siyahıda yer alıb.

"Nogomani"ya Tovuz klubunun futbolçusuna qarşı edilmiş həmin hərəkəti bu cür xatırlayıb:

"Timotİ Vea ABŞ - Panama matçının 18-ci dəqiqəsində qırmızı vərəqə ilə cəzalandırıldı. Bu, onun top olmadan Roderik Millerin başının arxasına vurduğu insidentdən sonra baş verdi. Əvvəlcə göstərilən sarı vərəqə VAR yoxlamasından sonra qırmızı vərəqə ilə dəyişdirildi. ABŞ komandası on nəfərlə döyüşdü və nəticədə 1:2 uduzdu. Vea matçdan sonra ictimaiyyətə açıqlamasında səhvini etiraf edərək, üzrxahlıq bildirmişdi”.

Xəbər xətti