“Bavariya” Lennart Karl ilə yeni müqavilə bağlamağı planlaşdırır.
Sportal.az "Sky Sport-a istinadən xəbər verir ki, hazırkı müqavilədə yarımmüdafiəçinin Münhen klubuyla müqaviləsi 2029-cu ilə avtomatik uzanacaq. Bu, 2026-cı ilin fevralında, oyunçu 18 yaşına çatanda qüvvəyə minəcək. Onun maaşı isə mövsüm üçün 2 milyon avroya yüksələcək.
Lakin “Bavariya” futbolçu ilə daha uzunmüddətli müqavilə imzalamaq və maaşını illik 5–8 milyon avroya çatdırmaq istəyir. Karl özü yeni müqavilə imzalamağa hazırdır, amma tərəflər arasında hələ danışıqlar başlamayıb.
Qeyd eək ki, cari Bundesliqa mövsümündə Lennart 13 matç keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi
