"Mançester Yunayted" Aleks Fergyusonun gedişindən sonra məşqçilərə və klub rəhbərliyinə təxminən 100 milyon funt sterlinq xərcləyib. Bazar ertəsi Ruben Amorim işdən çıxarılıb, qalan 1,5 illik müqaviləsinə görə ona 10 milyon funt sterlinq kompensasiya ödənəcək.
Sportal.az xəbər verir ki, 2013-cü ildən etibarən Fergyusonun gedişindən sonra klub məşqçilərə və onların komandalarına 78 milyon funt-sterlinq kompensasiya verib: Devid Moyesə 4,9, Lui van Qala 8,4, Joze Mourinyoya 19,6, Ole Qunnar Sulşerə 10, Ralf Rangnikə 14,7, Erik ten Haqa isə 10 milyon funt.
Bundan başqa, məşqçilərin dəvəti və direktorların işə götürülməsi üçün 21 milyon funt xərclənib. Ən böyük kompensasiya isə 2024-cü ildə Amorimin təyinatı üçün "Sportinq"ə ödənilən 11 milyon avro olub.
saytlarin hazirlanmasi
