İspaniya La Liqasında 2025-ci ilin dekabr ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.
Sportal.az xəbər verir ki, "Espanyol"u çalışdıran Manolo Qonsales ötən ayın ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
46 yaşlı mütəxəssis Hans Flik ("Barselona") və Klaudio Giraldesi ("Selta") qabaqlayıb.
Qeyd edək ki, "Espanyol" dekabr ayında ölkə çempionatında 3 oyun keçirib. Komanda "Rayo Valyekano" və "Xetafe"ni 1:0, "Atletik"i isə 2:1 hesabı ilə məğlub edib.
saytlarin hazirlanmasi
