“Səbail”in qış hazırlıq planı məlum olub.
Sportal.az xəbər verir ki, Adil Şükürovun rəhbərlik etdiyi komanda təlim-məşq toplanışına yanvarın 6-da başlayacaq. Məşqlər “ASCO Arena”da keçiriləcək.
“Səbail” hazırlıq mərhələsi çərçivəsində 3 yoxlama oyunu keçirməyi planlaşdırır. Hazırlıq matçlarındakı rəqiblər barəsində klubun rəsmi saytında və sosial media ünvanlarında məlumat veriləcək.
saytlarin hazirlanmasi
