"Neftçi"nin hücumçusu Vensan Abubakar karyerasını Braziliyada davam etdirə bilər.
Sportal.az xəbər verir ki, kamerunlu futbolçunun xidməti "Vasko da Qama" klubuna təklif olunub. Bu barədə ESPN televiziyasının jurnalisti Felipe Silva məlumat yayıb.
A Seriyası təmsilçisi Abubakarı heyətini qatmaq ehtimalını nəzərdən keçirir. 33 yaşlı forvard özü Braziliyada oynamağa isti yanaşır.
Qeyd edək ki, Vensan Abubakar 2025-ci ilin oktyabr ayından "Neftçi"nin formasını geyinir. Kamerun millisinin üzvü Bakı təmsilçisinin heyətində meydana çıxdığı 10 rəsmi matçda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
