"Sabah" legionerini komandada saxlamağı planlaşdırır

14:30 - 4 Yanvar 2026

"Sabah" legionerlərindən daha birini komandada saxlamaq istəyir. 

Sportal.az saytına verilən məlumata görə, klubun işbirliyini davam etdirmək istədiyi oyunçulardan biri də İqor Noqeyradır. 

Məşqçilər korpusunun etimadını qazanmış braziliyalı özü də, "Sabah"da qalmağa müsbət yanaşır.

Onun müqavilə müddəti mövsümün sonunda başa çatacaq. Braziliyalının müqavilə müddəti daha bir illik artırıla bilər. 

30 yaşlı futbolçu “Gent”, “Fluminense”, “Jil Visente”, “Mazatlan”, “Yuventude”, “Santa Klara”, “Çaveş” kublarında oynadıqdan sonra 2024-cü ildə “Sabah”a keçmişdi.
 

Xəbər xətti