Azərbaycan millisi üçün seçmə mərhələdə bir qələbə artıq uğur hesab olunur - Belarus mətbuatı

13:37 - 4 Mart 2026

Belarus mətbuatı heç vaxt dünya çempionatı və ya Avropa çempionatının final mərhələsinə vəsiqə qazana bilməmiş ölkələrdən danışarkən, onlar həmçinin Azərbaycan milli komandasından da bəhs ediblər.

Sportal.az xəbər verir ki, "Onliner" milli komandamız barədə bunları yazıb:

"Qazaxıstanda olduğu kimi, maliyyə yardımları Azərbaycan klub futbolunun inkişafına kömək edib: “Qarabağ” son illərdə Avropa yarışlarında müntəzəm olaraq iştirak edir və bu mövsüm Çempionlar Liqasında böyük uğur qazanıb. Lakin bu, milli komandaya heç bir fayda gətirməyib. Azərbaycan üçün seçmə mərhələdə cəmi bir qələbə artıq uğur hesab olunur. Lakin komanda heç vaxt dünya çempionatı və ya Avropa Çempionatının final mərhələsinə yaxınlaşmayıb.

Hətta ulduzların dəvəti də onlara kömək etməyib: 2024-cü ildə milli komandaya Portuqaliya ilə AVRO-2016-nı qazanan və bundan əvvəl zəif Yunanıstanı çempionatın pley-off mərhələsinə aparmış Fernandu Santuş rəhbərlik edib. Məşqçi, əlbəttə ki, Kriştiano Ronaldonu və onun komanda yoldaşlarını da özü ilə gətirə bilməyib. Nəticə də yaxşı olmadı. 11 matçda (onlardan biri Belarusla yoldaşlıq oyunu) doqquz məğlubiyyətdən sonra 70 yaşlı məşqçi postundan çıxarıldı".

Xəbər xətti