"Qarabağ" və "Qalatasaray" eyni forvardı istəyir - İDDİA

12:21 - 4 Mart 2026

"Qarabağ" heyətinə yeni hücumçu cəlb edə bilər.

Sportal.az "Goal.kz" portalına istinadən xəbər verir ki, Ağdam klubu ilə yanaşı, “Qalatasaray” da “Han-Tenqri”nin hücumçusu Hüseyn Qəmbərovla maraqlanır.

Qazaxların iddiasına görə, tərəflər arasında danışıqlar gedir. Lakin oyunçunun hələ yetkinlik yaşına çatmadığı nəzərə alınmaqla, onun hələlik öz ölkəsində oynamağa davam etməsi planlaşdırılır.

Qəmbərov digər yerli özəl klub olan FFK-nın yetirməsidir. O, Almatı Liqasının ən yaxşı hücumçusu seçilib.

Xəbər xətti