"Yaxın Şərqdə baş verənlərə görə ömrümün ən qorxulu günlərindən bir neçəsini yaşadım" - "Nyukasl"ın müdafiəçisi

22:29 - 4 Mart 2026

"Nyukasl"ın müdafiəçisi Fabian Şer Yaxın Şərqdə şahidi olduğu hadisələrlə bağlı hisslərini bölüşüb.

Sportal.az xəbər verir ki, 34 yaşlı futbolçu zədədən sonra reabilitasiya prosesini BƏƏ-də keçirdi. O, instaqram hekayəsində digər insanlarla birlikdə sığınacaqda oturduğunu göstərən foto paylaşıb.

“Ömrümün ən qorxulu günlərindən bir neçəsini yaşadım, təəssüf ki, Yaxın Şərqdə baş verənləri şəxsən gördüm. Reabilitasiya proqramım çərçivəsində orada idim və sağ-salamat evə qayıda bildiyim üçün şadam. Amma orada yaşadıqlarımız və indi baş verənlər həqiqətən qorxuludur. Ümid edirəm ki, zərər çəkmiş bölgələrdə yardıma ehtiyacı olan hər kəsə kömək göstəriləcək”, – deyə Şer yazıb.

Qeyd edək ki, ötən həftə bölgədə hərbi gərginlik kəskin şəkildə artıb və bir sıra ölkələrdə təhlükəsizlik tədbirləri gücləndirilib.


Xəbər xətti