"Sumqayıt" mövsümün gedişində yaxşı çıxış sərgiləsə də, komanda son vaxtlar özünə bənzəmir. Məğlubiyyətlər, zəif oyun... Ötən gün Bizon Azərbaycan Kubokunda "Zirə"yə məğlubiyyətdən sonra azarkeşlər də "ya kişi kimi oynayın, ya da rədd olub gedin" çağırışları edib.
Sportal.az saytının əldə etdiyi məlumata görə, son məğlubiyyət rəhbərliyin də səbir kasasını daşırıb. Rəhbərlik matçdan sonra paltardəyişmə otağına daxil olaraq, futbolçularla çox sərt şəkildə danışıb.
Ritorika o qədər kəskin olub ki... Belə görünür ki, komanda toparlanmasa, Saşa İliç mövsümün sonunda tutduğu postu tərk etməli olacaq.
saytlarin hazirlanmasi
