"Bavariya" Almaniya Bundesliqasının 25-ci turu çərçivəsində doğma meydanda Münhenqladbax "Borussiya"sının qonağı olacaq.
Sportal.az xəbər verir ki, Münhen təmsilçisi oyuna ciddi itki ilə çıxacaq. Bu barədə yerli mətbuat məlumat yayıb.
Harri Keyn komandaya kömək edə bilməyəcək. İngiltərəli hücumçu baldır əzələsində olan zədə səbəbindən matçda iştirak etməyəcək.
Harri Keyn bu mövsüm komandanın heyətində meydana çıxdığı 37 rəsmi matçda 45 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "Bavariya" - "Borussiya" qarşılaşması sabah keçiriləcək və Bakı vaxtı ilə saat 23:30-da start götürəcək.
saytlarin hazirlanmasi
