"Hamburq" "Arsenal"dan icarəyə götürdüyü Fabiu Vieyra ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, Bundesliqa klubu portuqaliyalı hücumameyilli yarımmüdafiəçinin transfer hüquqlarına yiyələnmək istəyir. Bu barədə "Bild" nəşri məlumat yayıb.
"Hamburq" Vieyra üçün "topçular"a 20 milyon avroluq satınalma məbləğini ödəməlidir. Lakin Almaniya təmsilçisi transfer üçün 12 milyon avrodan artıq məbləğ ödəmək istəmir. Klublar arasında danışıqlar davam edir.
Qeyd edək ki, "Hamburq" Fabiu Vieyranı mövsümün əvvəlində icarəyə götürüb. 25 yaşlı futbolçu komandanın heyətində meydana çıxdığı 21 rəsmi matçda 4 ol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
