"Fənərbaxça" ilə "Qalatasaray" transferdə rəqib oldular

19:51 - 4 Mart 2026

"Fənərbaxça" yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, İstanbul nəhənginin əsas hədəfi "Tottenhem"də çıxış edən Pape Matar Sarrdır. Bu barədə "Africafoot" məlumat yayıb.

"Fənərbaxça" seneqallı futbolçunu yayda heyətinə qatmağa çalışacaq. 23 yaşlı yarımmüdafiəçi ilə "Qalatasaray" da yaxından maraqlanır.

Qeyd edək ki, "Tottenhem" Pape Matar Sarrı 2021-ci ilin yayında "Mets"dən transfer edib. Seneqal millisinin üzvü bu mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 28 rəsmi matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti