Cuzeppe Rossi “Inter" – “Yuventus” (3:2) matçında Alessandro Bastoninin simulyasiya ilə Pierre Kalulunun meydandan qovulmasına nail olması barədə danışıb.
Sportal.az xəbər verir ki, İtaliya millisinin sabiq hücumçusu öz açıqlamasında bunları bildirib:
“Baxın, meydanda qələbə üçün bütün vasitələr məqbuldur. Əgər Bastoni bunun lazım olduğunu düşünübsə, deməli, onun üçün bunu etmək zəruri idi.
Bu işə yaradı. Onlar say üstünlüyü qazandılar və sonda qalib gəldilər. Onu günahlandırmaq olarmı? Xeyr. Bu mənim xoşuma gəlirmi? Xeyr, belə şeylərdən nifrət edirəm. Amma onu günahlandırmaq olarmı? Xeyr, olmaz.
Təəssüf ki, bu, oyunun bir hissəsidir. Mən VAR-ı və VAR-la bağlı bu lənətə gəlmiş qaydaları günahlandırıram”.
saytlarin hazirlanmasi
