II Liqada XVI tura yekun vuruldu - VİDEO

18:37 - 4 Mart 2026

Futbol üzrə Azərbaycan II Liqasında XVI tura yekun vurulub.

Sportal.az xəbər verir ki, son oyun günündə bir qarşılaşma baş tutub.

"Dinamo" Binə qəsəbə stadionunda "Şirvan"ı qəbul edib. Qarşılaşma ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 19-a yüksəldən "Dinamo" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. 26 xalı olan "Şirvan" isə 6-cı yerdədir.

"Dinamo" - "Şirvan" 3:1
Qollar:
 V.Seyidov, 33 (pen), Ə.Abbasov, 54, Y.Qarayev, 90+1 - Ü.Quliyev, 16

Xəbər xətti