"Qalatasaray" azarkeşləri Çempionlar Liqasının 1/8 final mərhələsinin “Liverpul”la səfər oyununa buraxılmayacaq.
Sportal.az UEFA-ya istinadən xəbər verir ki, qurum “Qalatasaray” azarkeşlərinə səfər oyunu üçün bilet satmağı qadağan edib. Klub həmçinin 40 min avro cərimələnib.
“Qalatasaray”ın cərimələnməsi və cəzalandırılması, azarkeşlərin fevralın 25-də Turində “Yuventus”a qarşı Çempionlar Liqasının pley-off mərhələsinin ikinci oyununda (əlavə vaxtdan sonra 2-3) davranışlarına görədir.
Belə ki, Turindəki matçda “Qalatasaray” azarkeşləri meydana əşyalar atıb, pirotexniki vasitələrdən istifadə edib və iğtişaş yaradıblar.
Qeyd edək ki, "Liverpul" və “Qalatasaray” klublarının ilk oyunu martın 10-da Türkiyədə, cavab görüşü isə 8 gündən sonra İngiltərədə keçirəcəklər.
saytlarin hazirlanmasi
