"Şamaxı"nın legioneri oynadı, yığması Afrika Millətlər Kuboku ilə vidalaşdı

00:44 - 5 Yanvar 2026

"Şamaxı"nın futbolçusu Alfons Msanqanın şərəfini qoruduğu Tanzaniya millisi Afrika Millətlər Kubokunun 1/8 final mərhələsində Mərakeş yığması ilə qarşılaşıb.

Sportal.az xəbər verir ki, matç Mərakeş millisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da, Tanzaniya yığması kubokla vidalaşmalı olub.

Qeyd edək ki, start heyətində meydana daxil olan Msanqa 83-cü dəqiqədə əvəzlənib.

Xəbər xətti