"Atletiko" futbolçusu Karlos Martini icarəyə verib.
Sportal.az xəbər verir ki, Madrid nəhəngi ispaniyalı vingeri "Rayo Valyekano"ya göndərib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İspaniya U-21 millisinin sabiq üzvü yaya kimi "qırmızı zolaqlılar"ın formasını geyinəcək.
Qeyd edək ki, Karlos Martin "Atletiko"nun yetirməsidir. 23 yaşlı futbolçu bu mövsüm komandanın heyətində 2 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi
