Seneqal və Tunis 1/4 finalda - VİDEO

17:22 - 4 Yanvar 2026

Mərakeşin ev sahibliyi etdiyi futbol üzrə Afrika Millətlər Kubokunda 1/8 final mərhələsi start götürüb.

Sportal.az xəbər verir ki, bununla ilk 1/4 finalçıların adları məlum olub. Sudan yığmasını məğlub edən (3:1) Seneqal və penaltilər seriyasında Tunis futbolçularından üstün (3:2) olan Mali milli komandası adını növbəti raunda yazdırıb.

Bu gün daha iki kollektiv Mərakeş - Tanzaniya və Cənubi Afrika Respublikası - Kamerun qarşılaşmalarından sonra 1/4 finala vəsiqə əldə edəcək.

Turnir yanvarın 18-də yekunlaşacaq.

Xəbər xətti