"Çelsi" son dəqiqələrdə "Mançester Siti" qarşısında məğlubiyyətdən xilas oldu - GENİŞ İCMAL

23:58 - 4 Yanvar 2026

İngiltərə Premyer Liqasında XX turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, səfərdə "Mançester Siti"nin qonağı olan "Çelsi" son dəqiqələrdə vurduğu qolla məğlubiyyətdən xilas olaraq 1:1 hesablı heç-heçə edib.

Qeyd edək ki, "Mançester Siti" 42 xalla 2-ci, "Çelsi" isə 31 xalla 5-ci pillədə qərarlaşıb.

İngiltərə Premyer Liqası

XX tur

"Mançester Siti" - "Çelsi" 1:1

Qollar: T.Reynders,42, - E.Fernandes, 90+4

Xəbər xətti