"İmarət" stadionu üçün bu qədər pul ayrıldı

18:30 - 5 Yanvar 2026

Gənclər və İdman Nazirliyi “PMD Project” MMC ilə satınalma müqaviləsi imzalayıb.

Sportal.az xəbər verir ki, müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında imzalanıb.

Qeyd edək ki, “PMD Project” MMC nazirliyin sifarişi əsasında Ağdamda "İmarət" stadionunun tikinti işlərinin birinci mərhələsini həyata keçirəcək. Şirkət qarşılığında 60 milyon 506 min 659 manat 56 qəpik alacaq. (Publika.az)

Xəbər xətti