“Neftçi” qış təlim-məşq toplanışına başlayıb.
Sportal.az xəbər verir ki, yanvarın 4-də BƏƏ-yə yola düşən komandanın üzvləri dünən axşam paytaxt Əbu-Dabidə ilk məşqə çıxıblar.
“Ağ-qaralar” hazırlığı bu gün səhər baş məşqçi Yuri Vernidubun rəhbərliyi altında davam etdirib. Növbəti məşq bu axşam baş tutacaq.
Qeyd edək ki, “Neftçi” burada 3 yoxlama oyunu keçirəcək. Paytaxt təmsilçisi yanvarın 9-da “Kayrat” (Qazaxıstan), 13-də “Piramids” (Misir), 16-da isə “Çenqdu Ronqçenq” (Çin) klubları ilə qarşılaşacaq. Toplanış yanvarın 17-dək davam edəcək.
saytlarin hazirlanmasi
