"Qarabağ" "Myallbü"nün mərkəz müdafiəçisi Abdullah İqballa maraqlanır.
Sportal.az "fotbooldirekt.se" portalına istinadən xəbər verir ki, Ağdam təmsilçisi 23 yaşlı futbolçu üçün danışıqlar aparır.
İqbalın transferində "Ferensvaroş" və "Gent" klubları da maraqlıdır.
Lakin "Qarabağ"ın ÇL-də çıxış etməsi pakistanlının bu kluba keçidinə daha da yaxınlaşdırıb.
Abdullahın "Myallbü" ilə müqavilə müddəti 2028-ci ilin sonuna qədərdir.
Pakistan millisinin üzvü Danimarkada dünyaya gəlib və bu ölkənin “B93” klubunun yetirməsidir. O, 2024-cü ildən “Myalbü”də oynayır.
saytlarin hazirlanmasi
