"Sabah" Rusiya klubunun futbolçusunu transfer etdi

12:34 - 6 Yanvar 2026

"Sabah" Umarali Raxmonaliyevin transfer hüququna yiyələnib.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırda Premyer Liqanın lideri olan klub "Rubin"lə danışıqlardan sonra özbək futbolçunun transferində razılıq əldə edib.

Belə ki, Özbəkistan millisinin üzvünün vaxtı ilə "Rubin"lə bağlanmış icazə müqaviləsində nəzərdə tutulmuş transfer bəndi qüvvəyə minib.

Umarali "Sabah"la 3 illik müqavilə imzalayıb.

O, 2025-ci ilin yanvar ayından “Sabah”da çıxış edir.

22 yaşlı futbolçu 36 görüşə çıxıb və 3 qol vurub. 

Xəbər xətti