Qurban Qurbanov jurnalistlər önünə çıxacaq

10:34 - 7 Yanvar 2026

"Qarabağ"ın yanvarın 9-da media nümayəndələri üçün açıq məşq və brifinq təşkil olunacaq.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, saat 12:30-da “Azersun Arena”nın təlim-məşq bazasında media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) keçiriləcək.

Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək brifinq isə açıq məşqdən 10 dəqiqə əvvəl baş tutacaq.

Xatırladaq ki, açıq məşqdə 2025/2026 mövsümü üzrə Peşəkar Futbol Liqası tərəfindən verilmiş vəsiqəyə malik media nümayəndələri iştirak edə bilərlər.

Qeyd edək ki, komanda qış hazırlığına 3 yanvar tarixində start verib və 10 yanvaradək Bakıda məşqlərini davam etdirəcək.Təlim-məşq toplanışının ikinci mərhələsi isə 10–17 yanvar tarixlərində Türkiyənin Antalya şəhərinin Belek bölgəsində yerləşən “Gloria Sports Arena”da keçiriləcək.

Xəbər xətti