"Mançester Siti"nin müdafiəçisi əməliyyat olunacaq - uzun müddət oynamaya bilər

00:33 - 6 Yanvar 2026

“Mançester Siti”nin müdafiəçisi Yoşko Qvardiol “Çelsi” ilə matçda ayağını sındırıb. Xorvatiyalı futbolçu APL-in 20-ci turu çərçivəsində keçirilən oyunun (1:1) 51-ci dəqiqəsində əvəzlənib.

Sportal.az xəbər verir ki, “şəhərlilər”in mətbuat xidməti Qvardiolun sağ ayağının böyük baldır sümüyündə sınıq aşkarlan­dığını açıqlayıb. Müdafiəçi bu həftə əməliyyat olunacaq.

Yoşkonun bərpa müddəti dəqiqləşdirilməyib. Adətən bu cür zədələrdə sağalma prosesi zədənin ağırlıq dərəcəsindən asılı olaraq 3–6 ay çəkir.

Xəbər xətti