I Liqanın bombardiri olan Seyxan Fərəcov karyerasını Premyer Liqada davam etdirə bilər.
Sportal.az saytına verilən məlumata görə, “Ordu”nun hücumçusu “İmişli”dən sonra daha bir klubun transfer siyahısına düşüb.
Hazırda Premyer Liqada turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan “Karvan-Yevlax” Fərəcovu heyətinə qatmağı planlaşdırır.
Onun “İmişli”, yoxsa “Karvan-Yevlax”a keçəcəyi yaxın günlərdə dəqiqləşəcək.
Məsələ burasındadır ki, MOİK forvardını buraxmaq istəmir və onu saxlamağa çalışır.
