"Qarabağ" istəmədi, digərləri onun istədiyi maaşı verə bilmir - Renat Dadaşovla bağlı SON DURUM

13:34 - 7 Yanvar 2026

Hələ qış fasiləsi ərəfəsində milli komandamızın futbolçusu Renat Dadaşovun yeni klub axtarışına çıxdığına dair məlumatlar tirajlanırdı. 

Mövsümün ilk yarısını Polşanın "Motor" klubunda keçirən hücumçu gözləntilərin altında çıxış edib. Buna görə də, Dadaşov daha çox oynayacağı kluba keçmək niyyətində idi. Agentlər vasitəsilə "Qarabağ"a təklif olunsa da, Qurban Qurbanov bu transferə razılıq verməyib.

Sportal.az-ın əldə etdiyi məlumata görə, "Qarabağ" variantı alınmayandan sonra Dadaşovun digər aparıcı klublarımıza keçmək ehtimalı ortaya çıxıb. Lakin onun aylıq 50 min dollar maaş tələbini eşidən klublarımız ona yaxın dayanmayıblar.

Heç bir nəticə verməyən axtarışlardan sonra Dadaşov "Motor"a qayıdıb və Polşada mövsümün ikinci yarısının hazırlıqlarına başlayıb. Qeyd edək ki, 26 yaşlı forvardın “Motor”la müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir.

Xəbər xətti